Sorry, you need to enable JavaScript to visit this website.

Aybaşı dövründə köp

A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand
A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand

 

Aybaşı dövründə köp nədir?

Qadınların bir çoxu üçün aybaşı dövrü qarında narahatlıq, sancılar və ağrı ilə əlaqələndirilir. Lakin bütün simptomlar aybaşının özü ilə əlaqəli olmamalıdır. Tədqiqatlar göstərmişdir ki, qarında ağrı, ürəkbulanma və mədə-bağırsaq traktında köp bilavasitə aybaşıdan əvvəl və aybaşı zaman artır. Aybaşı tsikli üçün vacib olan hormonların səviyyəsi ayın müxtəlif vaxtlarında dəyişir. Emosiyalarımıza təsir etdikləri kimi, həmin hormonlar həzm prosesinə də təsir edirlər. Xüsusilə, progesteron və estrogen köpmə, qazların yaranması və qəbizlik kimi əlavə təsirlərə malikdirlər.

 

Aybaşı dövründə köp nə zaman və hansı səbəbdən baş verir?

Aybaşı dövrü ərzində hormonlar ifraz edildikcə, uşaqlığın selikli qişası qopub düşür. Bu proses aybaşı dövründə sancılara səbəb ola bilər, onlar da öz növbəsində köpməyə, qazların yığılmasına və hətta ishala gətirib çıxara bilərlər. Bütün bunlar aybaşı tsiklinin xoşagəlməz, lakin çox yayılmış əlavə təsirləridir. Bu proses özünü aybaşı dövründə köpmə kimi büruzə verə bilər, bu zaman qadın aybaşıdan bilavasitə əvvəl qarnında şişkinlik və ya ağırlıq hiss edir. Bu, həmçinin aybaşının başlanmasından 1-2 həftə əvvəl müşahidə edilən predmenstrual sindromun (PMS) bir neçə simptomundan biri ola bilər. Hormonal balansın pozulması həmçinin həzm traktının işinə yavaşladıcı təsir göstərə və qidanın həzm olunması daha uzun çəkdiyindən köpməyə səbəb ola bilər.

 

Aybaşı dövründə köpün qarşısını necə almaq olar?

Aybaşı dövründə meydana çıxan köpün qarşısını tamamilə almaq mümkün olmasa da, onu minimuma endirmək üçün bəzi məsləhətləri nəzərinizə çatdırırıq. Az duzlu pəhriz, meyvələr, tərəvəzlər və yağsız zülalla zəngin olan qida rasionu, eləcə də emal edilmiş qidalardan imtina etmək faydalı ola bilər. Bol miqdarda su qəbul etmək (hər zaman yaxşı bir fikirdir) də həmçinin bu prosesə yardımçı ola bilər.

Tərkibində kofein, alkoqol olan məhsullardan və emal edilmiş qida məhsullarından imtina etmək də hidratasiyanı artırır və köpün qarşısını almağa kömək edir. Yüksək Fiziki aktivliyi da həzmi yaxşılaşdırır və yığılıb qalmış qazlardan xilas olmağa kömək edir. Yuxarıda qeyd olunanları özünüzə aid etmirsinizsə, kontraseptik həblər haqqında həkiminiz və ya ginekoloqunuzla danışmaq bir seçim ola bilər.

Icon of apple and carrot to illustrate low-sodium diet

Az duzlu pəhriz

Icon of sneaker to illustrate physical activity

Fiziki aktivlik

Icon of a water bottle

Bol miqdarda su içmək

Icon of a glass of wine and a cup of coffee as avoiding caffeine and alcohol can prevent bloating

Kofeindən və alkoqoldan imtina etmək

Icon of a can as avoiding processed food can prevent bloating

Emal edilmiş qida məhsullarından imtina etmək

 

Köp və meteorizm zamanı nələr kömək edir?

Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Orta statistik insan gündə 1-3 pinta həcmində, orta hesabla 14 dəfə qaz xaric edir. Lakin qaz çıxarmanın həcmi və tezliyi  insanlar arasında xeyli fərqlənir. Həddindən artıq köpmə və meteorizm müxtəlif səbəblərdən yarana bilər.

Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.

Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və ağrıları yüngülləşdirməyə kömək edir.

Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köpə və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası meteorizm və ya köp kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır. Bununla da qarnı sakitləşdirməyə, köplə bağlı təşviş və sosial təşviş hissini aradan qaldırmağa kömək edir.

 

Espumisan® ilə köpdən tez azad ol!

Köp və meteorizm normal hallardır. Təsirləri minimuma endirmək üçün əlinizdən gələni etsəniz də, aybaşı dövrü və tanış sancılar başladıqda, edəcək bir şey qalmır. Bundan əlavə, gərgin iş, hobbini, ailəni və sosial fəaliyyəti uyğunlaşdırmaq cəhdləri stresə səbəb ola bilər. Hormonların təsirindən hərəkəti yavaşlamış və digər stres amilləri ilə yüklənmiş həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stress mənbəyidir.

Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də gəyirmə və qaz ifrazı zamanı orqanizmdən çıxarılması asanlaşır.

Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

Espumisan® 40 mq Kapsullar

Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stress zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

Espumisan® L 40 mq/ml Emulsiya

Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

Espumisan® video carxı

Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028