Nə üçün mən məzuniyyət vaxtı köpdən əziyyət çəkirəm?
İlk növbədə, əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar köpdən əziyyət çəkirlər. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Siz məzuniyyətdə olarkən, orqanizminizin "yanacağı" təbii dəyişikliklərə məruz qalır. Səyahət etdiyiniz yeni ölkənin mədəniyyəti ilə tanışlığın böyük hissəsi – maraqlı kulinariya mədəniyyətidir. Tayland kimi bir ölkədə dadlı, lakin kəskin karri ədviyyatından istifadə zamanı bədəniniz alışmadığı bir qida qəbul edir. Bundan əlavə, xarici ölkələrin restoranlarında gigiyenik standartların zəif olması da həzm sistemimizə təsir edir.
Lakin səyahət edərkən qarın köpü hiss etməyiniz üçün heç də uzağa səfər etməyiniz tələb olunmur. Hətta olduğunuz yerdən bir saatlıq məsafədə olan yerə dostlarınızla istirahətə getdiyiniz zaman da qidalanma vərdişləriniz dəyişə bilər. Siz və dostlarınız xeyli qəlyanaltı, alkoqol və yağlı qidalar qəbul edə bilərsiniz. Axı siz tətildəsiniz! Mədəniz bunun öhdəsindən gəlməyə, sizə köp və meteorizmlə "təşəkkür edə" bilər. Bəzi insanlar üçün bu, təkcə fiziki problemlərə deyil, həm də utanmaya və sosial təzyiqə səbəb ola bilər.
Səyahət zamanı köpməyə nə səbəb olur?
İnsanın həzm sistemi həssas olduğu qədər də qəribədir. İstər evdə, istərsə də məzuniyyətdə, əvvəlki qida rasionunuza daxil olmayan yeni qida məhsullarının qəbulu da həmçinin mədənizdə qıcıqlanmaya səbəb ola bilər. Avtomobil yeni yanacaqla işlədiyi zaman problemlər meydana çıxa bildiyi kimi, orqanizm də əvvəlki qida rasionuna alışır və bu səbəbdən də, dəyişikliklərə qarşı həssas olur.
Qazların əmələ gəlməsi müxtəlif amillərlə, məsələn, nazik bağırsaqda bakteriyalar tərəfindən fermentləşdirilən həzm olunmamış qidanın olması, bağırsaq florasının tərkibi və paylanması ilə müəyyən edilir. Məzuniyyət zamanı qida rasionunuza yeni qida məhsullarının və içkilərin daxil edilməsi həzm balansının pozulmasına səbəb olur. Mədə və bağırsağınızda həzm olunmamış qida bakteriyaların çoxalması və sonradan həzm sistemində yığılan qazların əmələ gəlməsi üçün yaxşı zəmin yaradır.
Tətilin istirahət və güclərin bərpası üçün yaxşı bir zaman olmasına baxmayaraq, insanların bir çoxu maraqlı və yeni təəssüratlara üstünlük verir. Asiyada isti havada qədim məbədlər ətrafında keçirdiyiniz bir neçə gərgin gün də orqanizminiz üçün stresə səbəb ola və bu səbəbdən də həzm prosesinizə təsir edə bilər.


Məzuniyyətdə olarkən səciyyəvi həzm problemləri hansılardır?
Bir çox insanlar tətillərini uzaq bir ölkədə keçirirlər və qəzadan qorxduqları üçün günlərini ayaqyolu fasilələri ətrafında planlaşdırırlar. Bu vəziyyət sizə tanış gəlirsə, bilin ki, siz tək deyilsiniz. Həzm problemləri müxtəlif yollarla ortaya çıxa bilər:
Qarın ağrısı
Bir çox həzm problemləri özlərini qarın ağrısı ilə büruzə verirlər. Bunlara sancılar, küt ağrı və köpmə hissi aiddir.
İshal – başlıca olaraq, bağırsağın işində nəcis ifrazının tezliyinin və həcminin və ya nəcisin duruluğunun artmasına gətirib çıxaran hər hansı dəyişiklikdir. Bağırsaqlarda mayenin sorulmasının azalması və ya maye ifrazının artması nəcisin konsistensiyasının daha duru olmasına səbəb olur. Kəskin ishal, adətən, 2-3 həftədən az davam edir və çox zaman bakteriyalar tərəfindən törədilir.
Reflüks və qıcqırma
Bəzən mədə turşusu boğaza doğru geri qayıda bilər ki, bu da ağızda turş dadın qalmasına səbəb ola bilər. Bəzən bu proses bədənin yuxarı hissəsində və ürək nahiyəsində yanma hissi şəklində də özünü büruzə verə bilər.
Qazlar və köp
Statistika göstərir ki, ümumi əhalinin 30%-i köpdən əziyyət çəkir. Bu vəziyyət qarın nahiyəsində toxluq hissi və ağrı ilə müşayiət olunur. Mədə-bağırsaq traktında qazların yaranması, adətən, bakteriyalar tərəfindən fermentləşdirilən sorulmamış qidanın miqdarından, eləcə də bağ
Səyahət zamanı qarın köpündən necə azad ola bilərsiniz?
Əgər tətil zamanı qarnınızda köp və ağrı hiss edirsinizsə, edə biləcəyiniz bir neçə şey vardır.
Reseptsiz buraxılan dərmanlar. Apteklərdə satışda olan dərmanlarla köpü tez bir zamanda aradan qaldırmaq mümkündür. Espumisan kimi preparatlarda qazların düzgün nəql edilməsinə kömək edən xüsusi maddələrdən istifadə edilir. Əvvəlcədən köpə qarşı dərman alaraq, səyahət zamanı özünüzlə götürməyiniz məsləhət görülür.
Fiziki aktivliyi. Tədqiqatlar göstərmişdir ki, yüngül Fiziki aktivliyi bağırsaq qazlarının xaric edilməsini yaxşılaşdıra bilər. Evin yaxınlığında piyada gəzinti bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər. Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və ağrıları yüngülləşdirməyə kömək edir. Bundan əlavə, qaməti düz saxlamamaq və arxası üstə uzanmaq da bədəndə qazların müntəzəm daşınmasını poza bilər.
Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.
Əgər qarın köpü və həzm problemləri qalmaqda davam edirsə, ciddi bir problemi istisna etmək üçün olduğunuz ölkədə həkimə müraciət etmək tövsiyə olunur. Adətən, onlar öz bölgələrinə səfər edən səyahətçilərin problemləri baxımından daha təcrübəli olurlar.
Səyahət zamanı qarın köpünün qarşısını necə almaq olar?
Həzm problemləri həzmin müxtəlif mərhələlərində yarana bilər. Problemlər həddindən artıq tez-tez yemək zamanı həddindən artıq havanın udulması ilə başlaya və ya bağırsaqların aşağı şöbələrində qazların həddindən artıq miqdarda əmələ gəlməsi səbəbindən yarana bilər. Tətil zamanı qarın köpü çox zaman yanlış qidaların qəbulu səbəbindən yarandığından, tətil zamanı qarın köpünün qarşısını almaq üçün edə biləcəyiniz bir neçə şey vardır. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək tətildən maksimum dərəcədə həzz ala bilməyiniz üçün köpün səbəblərini aşkara çıxarmağa kömək edə bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilərlər. Qarında narahatlıq hissi və nəzarət edilməyən köp qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında köp və ağrı kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® 40 mg/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.