Köp nədir?
Əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur. Qazları çıxarmağın mümkün olmaması ciddi narahatlığa, qarında ağrıya səbəb olur və qarın daha böyük görünür. Mədə-bağırsaq traktında qazların yaranması, adətən, bakteriyalar tərəfindən fermentləşdirilən sorulmamış qidanın miqdarından, eləcə də bağırsaq florasının ümumi tərkibindən və paylanmasından asılıdır. İnsanın cinsindən asılı olmayaraq, köp və nəzarət edilməyən meteorizm qorxusu gündəlik həyatda stresin ciddi səbəbi ola bilər.
Meteorizm nədir?
Meteorizm – artıq miqdarda qazların anus vasitəsilə çıxarılmasıdır və bəzi insanlar üçün sosial cəhətdən əlilliyə çevrilə bilər. Qarında qazlar, adətən, yoğun bağırsaqda sorulmamış qidanı fermentləşdirən bakteriyalar tərəfindən istehsal olunur. Qazların miqdarı insanlar arasında çox fərqlidir və qidanın tərkibindən və bakteriyaların metabolik fəallığından asılıdır. İnsanlar qazları effektiv şəkildə xaric edə bilmədikdə, qazlar bağırsaqlarda uzun müddət ləngiyir, köp və ağrı kimi simptomlara səbəb olur.
Köpün və meteorizmin qarşısını almaq üçün onların yaranmasına səbəb olan qida məhsullarını və ya vərdişləri aşkara çıxarmaq lazımdır. Köpün səbəblərinin siyahısı uzundur, yanlış qidalanmadan stresə və hormonal balansın pozulmasına qədər bir çox səbəbləri əhatə edir.


Mən nə üçün bu qədər köpmüşəm?
Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Həddindən artıq köp və meteorizm bir çox müxtəlif amillər səbəbindən yarana bilər.
Köpmənin və qaz əmələ gəlmənin mexanizmlərini anlamaq çətindir. Orta statistik insanın mədə-bağırsaq traktında istənilən vaxt 100-200 sm3 qaz vardır. Qazın həcmi, məsələn, havanın udulması və qazlı içkilərin qəbulu zamanı artır. Adətən, bu qazlar qan dövranına sorulur və biz nəfəs verməklə onları xaric edirik. Yaxud da, sadəcə olaraq anus vasitəsilə orqanizmdən çıxarırıq. Bu sistem pozulduqda, artıq miqdarda olan qazlar kiçik qabarcıqlar halında mədə-bağırsaq sistemində ləngiyə bilər, nəticədə özümüzü şişkin və köpmüş hiss edə bilərik.
Köp və meteorizm özünü necə büruzə verir?
Bir çox insanlar bol miqdarda qida qəbul etdikdən sonra toxluq necə bir hiss olduğunu bilirlər. Mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazların və ya havanın olması köp adlanır. Qarın dolu, bərk, gərgin və şişkin görünür.
Digər simptomlara aşağıdakılar aid ola bilər:

qarında ağrı

qazların sərbəst və ya məcburi çıxarılması (flatulensiya)

tez-tez gəyirmə

qarında qurultu

həddindən artıq qazlar səbəbindən təzyiq hissi və sancılar
Köp nə dərəcədə ciddidir? Həkimə müraciət etmək lazımdırmı?
Köp və meteorizm həkimə müraciətlər zamanı barəsində ən çox məlumat verilən mədə-bağırsaq simptomlarıdır. Köp pasiyentlərdə əhəmiyyətli narahatlığa səbəb ola bilməsinə baxmayaraq, ümumilikdə xoşxassəli bir vəziyyətdir. Bu o deməkdir ki, əgər köp yeməklə və ya müəyyən qida növləri ilə bağlı yaranmışdırsa, o şiddətlənmir və bir-iki gündən çox çəkmir. Anemiya və istənilməyən çəki azalması kimi həyəcanverici əlamətləri izləyin. Bu simptomlar sorulmanın pozulmasının əlamətləri ola bilər. Güclü ağrı, ürəkbulanma və qusma olduğu hallarda, hər zaman həkimə müraciət etmək tövsiyə olunur.
Köp və meteorizmin qarşısını necə almaq olar?
Əgər siz köpmənin səbəblərini bilirsinizsə, atacağınız ilk addım onları gündəlik həyatınızdan çıxarmaqdır. Bu o deməkdir ki, siz qidaya qarşı dözümsüzlük baxımından müayinə olunmalı, sizin üçün qeyri-sağlam olan qidalardan imtina etməli və ya əgər problemlərinizin səbəbi stresdirsə, iş və şəxsi həyat arasındakı balansı tənzimləməyə çalışmalısınız.
Həyat tərzinizdən və ya iş qrafikinizdən asılı olaraq bunu demək etməkdən daha asandır. Ola bilsin ki, çox səyahət etmək məcburiyyətindəsiniz və sağlam qida heç də hər zaman sizin üçün əlçatan olmur. Ya da çox sevdiyiniz gərgin bir işiniz var. Bütün səbəbləri aradan qaldırmaq hər zaman mümkün olmaya bilər.


Köp və meteorizm zamanı nələr kömək edir?
Yenə əvvəlki kimi: Təzəliklə bol miqdarda nahar etmisiniz və yenə də mədənizdə həmin toxluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:
Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.
Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.
Espumisan köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan kapsulu meteorizm kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan "Simetikon" mədə-bağırsaq traktında yığılmış qaz qabarcıqlarının səthi gərginliyini dəyişərək qazları azad edir, onlar sonradan sorula və ya orqanizmdən xaric ola bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi tez və etibarlı yüngülləşməni təmin edir. Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də gəyirmə və qaz ifrazı zamanı orqanizmdən çıxarılması asanlaşır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.