
Meteorizmin etibarlı idarə olunması

Bazarın liderinə inam və təcrübə

Etibarlı və effektiv müalicə
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan®L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.
Tez-tez verilən suallar
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon həzm sistemimizdə qaz Qabarcıqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan 40 mq kapsullar uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur. Körpələrdə sancıların simptomatik müalicəsi üçün Espumisanın körpələr üçün udulması asan olan 40 mq/ml emulsiya forması vardır.
Uşaqlar (6 yaşdan yuxarı) və böyüklər 2 kapsuldan (80 mq Simetikon) gündə 3 və ya 4 dəfə (ümumi doza gündə 240 - 320 mq) qəbul edirlər. Yemək zamanı və ya yeməkdən sonra, həmçinin lazım gələrsə, yatmazdan əvvəl qəbul edilir. Preparat şikayətlər aradan qalxana qədər qəbul edilir. Buna baxmayaraq, qarın boşluğu ilə bağlı şikayətlər ilk dəfə meydana çıxdıqda və/və ya qalmaqda davam etdikdə, onlar klinik cəhətdən araşdırılmalıdır.
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı tədqiq edilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
Espumisan® Kapsullar 40 mq, yumşaq kapsullar
Bu dərmandan istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini tam və diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır.
Hər zaman bu dərman vasitəsini bu içlik vərəqəsində təsvir edildiyi qaydada və ya həkiminizin və ya əczaçının göstərişlərinə uyğun olaraq qəbul edin.
- Bu içlik vərəqəni atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
- Əlavə məlumata və ya məsləhətə ehtiyacınız olduğu halda, əczaçıya müraciət edin.
- Hər hansı əlavə təsir meydana çıxdığı halda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bunlara bu içlik vərəqəsində sadalanmayan hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın.
- Özünüzü yaxşı hiss etmədikdə və ya vəziyətininz daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
- Bu istifadə təlimatında aşağıdakı başlıqlar vardır
Əlaqədar Məqalələr

Köp və meteorizm

Hamiləlik və köp

Köp və dərmanlar
