Köp
İlk növbədə, əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar bir sıra səbəblərdən yaranan köpdən əziyyət çəkirlər. İnsanların əksəriyyətində müəyyən hallarda köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan və özündə yeni bir həyat yetişdirə bilən möcüzəli bir sistemdir. Hamiləlik özü bir möcüzədir, lakin qadınların əksəriyyəti üçün bir sıra narahatlıqlara səbəb olur. Qarında sancı və köp bu xüsusi dövrün ayrılmaz tərkib hissələridir. Əslində, köp xüsusilə yayılmış əlavə təsirdir, tədqiqatlardan birində 49% hallarda köpün əlamətləri aşkar edilmişdir. Bəs bunun səbəbləri nələrdir?
Hamiləlik dövründə köp nədir?
Hamiləlik bir çox dəyişikliklərə səbəb olur. Körpənin böyüməsinə kömək edən hormonların səviyyəsində əhəmiyyətli bir artım baş verir. Hormonların yeni səviyyəsinin əlavə təsirlərindən biri həddindən artıq qazların səbəb olduğu köpmə hissidir. Bu, uşağın böyüməsi üçün mühit hazırlayan bədənin təbii təsiridir.
Hamiləlik dövründə köp nə zaman və hansı səbəbdən baş verir?
Hamiləliyin başlanğıcında körpəni zəruri qidalandırıcı maddələrlə təmin etmək məqsədi ilə uşaqlığın selikli qişasının böyüməsini təmin etmək üçün hormonlar adlandırılan təbii kimyəvi maddələr böyük miqdarda ifraz edilir və qana buraxılır. Bu hormonlar, progesteron və estrogen də həmçinin digər əlaqəli təsirlərə malikdir. Progesteron əzələləri boşaldaraq orqanizmdə həzmi yavaşladır. Nəticədə qida həzm olunmamış qalır və çox miqdarda qazların əmələ gəlməsinə səbəb olur. Estrogenlərin səviyyəsinin yüksəlməsi də eyni təsirə malik ola bilər, həmçinin suyun bədəndə toplanmasına, beləliklə də ağrıya və şişkinliyə səbəb olur.
Hamiləliyin sonrakı mərhələlərində körpəni müdafiə etmək məqsədi ilə uşaqlıq böyüyür, formasını və yerini dəyişir, onun hərəkəti digər orqanlara təsir edərək qəbizliyə və qazların çoxalmasına səbəb ola bilər. Qazlar toplanaraq köpmə hissinin artmasına səbəb ola bilər.


Hamiləlik dövründə köpün qarşısını necə almaq olar?
Köpün sindromları və hamilə qadının orqanizmində dəyişikliklər uşağın böyüməsi prosesinin ayrılmaz tərkib hissələridir. Onlara səbəb olan şərtlərin təbii və tamamilə normal olmasına baxmayaraq, simptomlar aradan qaldırılmalıdır. Həyat tərzində kiçik dəyişikliklər köpü azaltmağa kömək edə bilər.
Hamiləlik və köplə əlaqəli olan digər hallar
Yuxarıda qeyd edildiyi kimi, hamiləliyin son mərhələlərində uşaqlığın yerdəyişməsi köpə və qəbizliyə səbəb ola bilər. Adi qarın işlədici məhsullar hamilə qadınlar üçün uyğun olmaya bildiyindən, probiotiklər və nəcis yumşaldıcı vasitələr problemin həlli ola bilər. Hər zaman yeni bir dərman qəbul etməzdən əvvəl dərmanların istifadə təlimatını oxuyun və həkimlə məsləhətləşin.
Əgər daha əvvəl də qıcıqlanmış bağırsaq sindromundan (QBS) əziyyət çəkmisinizsə, hamiləlik dövründə bu problem şiddətlənə bilər. Sizin üçün problemin düzgün həllini tapmaqda kömək etməsi üçün həkiminizlə məsləhətləşin.
Konkret olaraq hamiləliklə əlaqəli olan və köpməyə səbəb ola bilən digər vəziyyətlər də mövcuddur. Yalançı sancılar – hamiləliyin gec mərhələlərində bədənin əzələlərinin yığılmaları qeyri-müntəzəm olur və 2 dəqiqəyədək davam edir. Uşaqlıq genişləndikdə uşaqlığın girdə bağında ağrı meydana çıxır və bu, qarnın aşağı hissəsində ağrıya səbəb ola bilir.
Həkimə nə zaman müraciət etmək lazımdır?
Köp, əsasən, zərərsizdir, lakin bəzi hallarda ona diqqətlə nəzarət edilməlidir. Çəkinin azalması, başgicəllənmə, tez-tez baş verən ürəkbulanma və qusma zamanı həkimlə məsləhətləşmək lazımdır. Əgər əlavə dərmanların istifadəsi ilə bağlı şübhələriniz vardırsa, əmin olmaq üçün həkimlə məsləhətləşməyiniz tövsiyə edilir. Hamilə qadınlar hər dərman vasitələrindən istifadə edə bilməzlər.
Köp və meteorizm zamanı nələr kömək edir?
Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə ümumi məsləhət və üsullar mövcuddur:
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır. Bununla da qarnı sakitləşdirməyə, köplə bağlı təşviş və sosial təşviş hissini aradan qaldırmağa kömək edir.
Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və meteorizmi yüngülləşdirməyə kömək edir. Hamiləlik dövründə yüngül hərəkətləri yerinə yetirmək olar, amma ehtiyatla icra edilməlidir

Espumisan

Fiziki aktivliyi
Espumisan® - Hər zaman, hər yerdə, tez yüngülləşmə!
Köp və meteorizm normal hallardır. Hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklər qaçılmazdır. Lakin meteorizm və qarın köpü kimi əlavə təsirlər baxımından bəzi yüngülləşmələrə nail olmaq mümkündür. Həzm sistemimiz körpənin böyüməsinə kömək edən hormonlar tərəfindən yavaşladılır və eyni zamanda gündəlik həyatın normal təzyiqi altında ayaqlaşa bilmir, nəticədə qazlar qarnımızda yığılıb qalaraq özümüzü tox və köpmüş hiss etməyimizə səbəb ola bilir. Qarında narahatlıq hissi və nəzarət edilməyən meteorizm qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qabarcıqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.