Sorry, you need to enable JavaScript to visit this website.

Bəyaz küy

A young mother with her eyes closed pressing her sleeping baby against her chest
A young mother with her eyes closed pressing her sleeping baby against her chest

 

Körpələr üçün Bəyaz küy nədir?

Demək olar ki, bütün valideynlərdə bu və ya digər mərhələdə körpəni yatızdırmaqla bağlı problemlər yaranmışdır. Narahat körpələr valideynlərini gecə yatmağa qoymur. Lakin yedizdirmək və rahatlatmaqla yanaşı valideynlər ətraf mühitə körpəni sakitləşdirməyə kömək edəcək vasitələr əlavə edə bilərlər. Bəyaz küyü səsləndirmək körpələrin yuxuya getməsinə kömək edən sınanılmış bir üsuldur.

Bəyaz küy – yağış və ya okean səsləri kimi sakitləşdirici və monoton səslər üçün istifadə edilən ümumi bir termindir. Körpələr üçün Bəyaz küydən danışdığımız zaman, körpənin ana bətnində eşitməyə adət etdiyi müəyyən səslər diapazonunu nəzərdə tuturuq. Kondisionerin uğultusu ilə birlikdə boğuq radioküyü təsəvvür edin. Bazarda Bəyaz küy mobil tətbiqlərinin və aparatlarının geniş çeşidləri mövcuddur.

 

Bəyaz küy körpənin yuxuya getməsinə kömək edirmi?

Bəzi valideynlər tozsoranın və ya fenin səsinin onların körpələrini sakitləşdirdiklərini müşahidə edirlər. Ev şəraitində əyləncəli bir yardım vasitəsi kimi səslənsə də, bunun arxasında həqiqi bir elm dayanır. Tədqiqatlar göstərmişdir ki, Bəyaz səs buraxan bir aparatın köməyi ilə sakitləşdirildiyi zaman körpənin yuxuya getmə ehtimalı üç dəfədən çox artır.

 

Bəyaz küy körpələri necə sakitləşdirir?

Bəzi böyüklər dama damcılayan yağışın və ya yaxınlıqdakı tufanın səsləri ilə sakitləşdikləri kimi, körpələr də müəyyən səslərlə sakitləşirlər. Bəs bu nə səbəbdən baş verir? Gəlin xatırlayaq ki, körpə öz həyatının birinci ayını ana bətnində keçirir və biz buranı sakit və dinc bir yer hesab edirik. Lakin hələ doğulmamış körpənin qulaqları üçün bura daimi səs-küylə əhatə olunmuş bir yerdir. Bunu başımızı su dolu vannaya saldığımız zaman eşitdiyimiz gündəlik həyatın səsləri ilə müqayisə edə bilərik. Buna görə də, Bəyaz küy körpənin ana bətnində eşitməyə alışdığı səslərin kobud analoqudur. Bu, valideynin səsləndirdiyi uzun, yumşaq, pıçıltılı "şşşşşşşş" səsinə bənzəyir. Tədqiqatlar göstərir ki, bəyaz küyün təsirindən körpənin ürək döyüntüləri azalır, çünki bir neçə dəqiqə ərzində sabitləşir.

 

Körpələr üçün Bəyaz küyün yüksəkliyi nə qədər olmalıdır?

Aydındır ki, Bəyaz küyün yuxu ilə bağlı problemləri olan körpələr üçün bəzi faydaları vardır. Bəs bu küy hansı səviyyədə olmalıdır? Amerika Pediatriya Akademiyası tövsiyə olunan küy səviyyəsinin 50 desibel olmasını təklif edir. Elmi tədqiqatlarda 67 desibel səviyyəsinin faydalı olduğu sübut edilmişdir.

Icon of the recommended volume limit of 67 decibels that have been proven helpful for babies having trouble sleeping
Icon of the recommended volume limit of 67 decibels that have been proven helpful for babies having trouble sleeping

 

Nə zaman körpə üçün Bəyaz küydən istifadə edilməməlidir?

Körpəniz daha əvvəl Bəyaz küy eşitməyibsə, ehtiyatlı olmalısınız. Körpələrin qulaqları böyüklərinkinə nisbətən daha çox həssasdır, buna görə də, körpənin qulaqlarını zədələməmək üçün səsin həcmi mütləq dərəcədə vacib bir amildir. Bazarda körpələr üçün onların məruz qaldığı səs-küy səviyyəsini tənzimləyən bir çox təhlükəsiz məhsullar təqdim olunur.

Kiçik çatışmazlıqlar ola bilər, belə ki, Bəyaz küylə yuxuya getməyə alışmış körpə nənəsigildə bu küy olmadan yatmaqda çətinlik çəkə bilər. Ola da bilər ki, Bəyaz küy sizin körpəniz üçün sadəcə uyğun olmasın. Bundan əlavə, uzun müddətli və daimi ağlama epizodları körpədə sancının əlaməti ola bilər. Bu, mədə-bağırsaq traktı ilə bağlı bir problemdir və Bəyaz küy tətbiqi ilə həll edilməsi asan deyil. Körpənizin yuxuya getməsinə kömək etmək üçün Espumisan kimi reseptsiz buraxılan dərmana ehtiyac ola bilər.

 

 

Nə üçün Bəyaz küy mənim körpəmə təsir etmir?

Bu mövzu ilə bağlı bir çox tədqiqatlar aparılmış və ziddiyyətli nəticələr əldə edilmişdir. Lakin karbohidratların sorulması prosesinin pozulmasının körpələrdə sancıların ən çox rast gələn səbəbi olduğu ehtimal edilir. Karbohidrat qalıqlarının fermentləşməsi karbon qazının və hidrogenin miqdarının artmasına gətirib çıxarır. Körpənin qarnı köpmüş və gərgin, qurultu və meteorizm müşahidə oluna bilər.

 

Köpü olan körpəyə Espumisan® ilə kömək

Sancılar kiçik uşaqlarda tez-tez rast gələn haldır və körpələrdə əhəmiyyətli narahatlığa səbəb ola bilər. Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon sancılardan əziyyət çəkən körpələrdə narahatlığa qarşı sınanmış və effektiv bir vasitədir.

Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də bağırsaqların hərəkəti zamanı gəyirmə və qaz ifrazı vasitəsilə orqanizmdən çıxarılması asanlaşır.

Espumisanın təsiredici maddəsinin tək dozası Bəyaz küylə birlikdə körpənin axşamlar uzun müddətli ağlamasını və gündüz narahatlığını tez bir zamanda aradan qaldıra bilər.

Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan

Espumisan® 40 mq Kapsullar

Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

Espumisan® L 40 mq/ml Emulsiya

Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

Espumisan® video carxı

Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028