
Meteorizm və köp ilə əlaqəli xəstəliklərin idarə edilməsi

Həyatın ilk həftələrindən etibarən

Təhlükəsizlik və pasiyent tərəfindən keçirilmə
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.
Tez-tez verilən suallar
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon həzm sistemimizdə qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan 40 mq kapsullar uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur. Körpələrdə sancıların simptomatik müalicəsi üçün Espumisanın körpələr üçün udulması asan olan 40 mq/ml emulsiya forması vardır.
Uşaqlar (6 yaşdan yuxarı) və böyüklər 2 kapsuldan (80 mq Simetikon) gündə 3 və ya 4 dəfə (ümumi doza gündə 240 - 320 mq) qəbul edirlər. Yemək zamanı və ya yeməkdən sonra, həmçinin lazım gələrsə, yatmazdan əvvəl qəbul edilir. Preparat şikayətlər aradan qalxana qədər qəbul edilir. Buna baxmayaraq, qarın boşluğu ilə bağlı şikayətlər ilk dəfə meydana çıxdıqda və/və ya qalmaqda davam etdikdə, onlar klinik cəhətdən araşdırılmalıdır.
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı tədqiq edilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.
Dərman vasitəsinin istifadəsi üzrə xəstələr üçün təlimat
Espumisan® L 40 mq Emulsiya
Bu dərmandan istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini tam və diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır.
Hər zaman bu dərman vasitəsini bu içlik vərəqəsində təsvir edildiyi qaydada və ya həkiminizin və ya əczaçının göstərişlərinə uyğun olaraq qəbul edin.
- Bu içlik vərəqəsini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
- Əlavə məlumata və ya məsləhətə ehtiyacınız olduğu halda, əczaçıya müraciət edin.
- Hər hansı əlavə təsir meydana çıxdığı halda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bunlara bu içlik vərəqəsində sadalanmayan hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın.
- Yaxşılaşma baş vermədikdə və ya simptomlar daha da pisləşdikdə, həkimə müraciət etməlisiniz.
- Bu istifadə təlimatında aşağıdakı başlıqlar vardır:
Aid olan Məqalələr
