Dərmanlar köpə səbəb ola bilərmi?
Həkimə müraciətlər zamanı ən çox rast gələn mədə-bağırsaq simptomlarından biri qarın köpü ilə birlikdə meteorizmdir. Lakin bu problem çox zaman utandırıcıdı səbəbindən gizli saxlanılır və ya ona fikir verilmir, çünki pasiyentlər və həkimlər bunu real problem kimi qiymətləndirmirlər. Halbuki, əslində bir çox insan köp və meteorizm səbəbindən ağrı və sosial narahatlıqdan əziyyət çəkir.
Qarında köpün və meteorizmin səciyyəvi səbəbləri qeyri-sağlam qidalanma vərdişləri, stres, qidaya qarşı həssaslıq, eləcə də hormonal balansın pozulmasıdır. Bu cür hallarda, bəzi qida məhsullarından imtina etmək və ya bəzi vərdişlərinizi dəyişməklə daimi bir yüngülləşməni təmin edə bilərsiniz.
Bəzi hallarda, pasiyentlərin köpdən əziyyət çəkmələrinin səbəbi onların müəyyən dərmanları qəbul etməsidir, belə ki, qarında köp bu dərmanların əlavə təsirlərindən biridir.
Bəzi hallarda pasiyentlər qəbul etməli olduqları dərmanların əlavə təsiri olan köpdən əziyyət çəkirlər. Dərmanın əlavə təsiri barədə daha ətraflı məlumat əldə etmək üçün dərmanın istifadə təlimatını oxuyun və ya həkimlə məsləhətləşin.
Hansı dərmanlar və nə səbəbdən köpə səbəb olur?
Tədqiqatlar göstərir ki, iştirakçılar müəyyən qida məhsullarının və ya dərmanların qəbulundan sonra həzm problemlərinin yaranması barədə məlumat veriblər. Bu dərmanlara qəbizlik əleyhinə preparatlar (işlədicilər), şəkərli diabetin müalicəsi üçün istifadə edilən preparatlar (akarboza) və piylənmə əleyhinə dərman vasitələri (orlistat) aiddir.
Həzm problemlərinə səbəb olduqları məlum olan digər dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar (məsələn, ibuprofen), eləcə də antibiotiklərdir.
Kontraseptiv tabletlər hormonal balansı dəyişə bilər ki, bu da köpün əmələ gəlməsinə səbəb olur. Bir çox qadınlar kontraseptiv dərmanların qəbulundan sonra onlarda köpün olması barədə məlumat verirlər.


Həkimə nə zaman müraciət etmək lazımdır?
Köpün səbəblərini tapmaq çox vaxt apara, gündəlik həyatınızdan müəyyən məhsulları və vərdişləri çıxarmaqla cəhdlər və səhvlər yolu ilə uzun və cansıxıcı bir proses ola bilər. Əgər müəyyən bir dərmanın sizdə köpə səbəb olduğunu hesab edirsinizsə, həmin dərmanı sizə təyin edən həkimlə məsləhətləşməlisiniz. Həkim köpü müalicə edə və ya daha az əlavə təsiri olan digər bir dərmanı təyin edə bilər.
Dərman səbəbindən yaranmış qarın köpünü necə aradan qaldırmaq olar?
Müasir həyat tərzi ilə bağlı ehtimal olunan köp ilə bağlı bir çox problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa kömək edə bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan preparatının kapsulu qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında şişkinlik və köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mg/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.