Sorry, you need to enable JavaScript to visit this website.

Köp və pəhriz

A blonde woman with a bob prepares her smoothie with pineapple and various fruits
A blonde woman with a bob prepares her smoothie with pineapple and various fruits

 

Pəhriz saxlamaq və ac qalmaq köpməyə səbəb ola bilərmi?

İlk növbədə, əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar köpdən əziyyət çəkirlər. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur.

Bir çox müxtəlif pəhrizlər mövcuddur. Onların hamısı bizim özümüzü daha yaxşı və sağlam hiss etməyimiz üçündür. Lakin bəzən pəhrizlər tamamilə əks təsir göstərirlər. Ona görə yox ki, pəhriz pisdir. Bu sadəcə ona görədir ki, insanlar müxtəlifdir və müəyyən məhsullara qarşı fərqli reaksiya verirlər. Buna görə də, bəli, qonşunuz üçün mükəmməl olan bir pəhriz sizdə köpməyə və toxluq hissinə səbəb ola bilər.

 

Pəhriz köpə necə səbəb ola bilər?

Biz öz orqanizmimiz üçün düzgün şeyləri etməyə çalışırıq, yaxşı qidalanırıq, həddindən artıq yemirik, yeməli olmadığımız məhsullardan imtina edirik. Lakin bəzən biz bu məhsulların hansılar olduğunu bilmirik. Qidaya qarşı allergiya geniş yayılmışdır, məsələn, qlütenə qarşı dözümsüzlük, seliakiya xəstəliyi, laktozaya qarşı dözümsüzlük və bir çox digərləri. Diaqnostika olunmadıqda, onlar olduqca ciddi sağlamlıq problemlərinə və ya əksər hallarda köpməyə səbəb ola bilərlər. Bu, bədənin müəyyən qida növlərini düzgün həzm edə bilməməsi səbəbindən baş verir.

Bəzi qida qruplarını rasionumuzdan çıxardığımıza görə, pəhriz planı balanslaşdırılmamış şəkildə qidalanmamıza səbəb ola bilər. Çox yayılmış problemlərdən biri qida rasionumuzda şəkərin artıq miqdarda istifadəsidir. Diabet kimi bir sıra sağlamlıq problemləri ümumi və məlumdur və həkiminiz tərəfindən diaqnoz qoyulmalıdır. Bundan əlavə, şəkərdən həddindən artıq miqdarda istifadə edilməsi də köplə əlaqələndirilə bilər. Hətta qida rasionunuzda paxlalı bitkilərin və qida liflərinin həddindən artıq miqdarda olması da problem ola bilər, belə ki, həzm olunmamış qida qazların yaranmasına səbəb olur. İstər evdə, istərsə də məzuniyyətdə olarkən yeni ölkələrdə əvvəlki qida rasionunuza daxil olmayan yeni qida məhsullarının qəbulu da həmçinin mədənizdə qıcıqlanmaya səbəb ola bilər.

Yeni qidalanma vərdişlərinə uyğunlaşırsınızsa, deməli orqanizmin enerji mənbəyini dəyişirsiniz. Avtomobil yeni yanacaqla işlədiyi zaman problemlər meydana çıxa bildiyi kimi, orqanizm də əvvəlki qida rasionuna alışır və bu səbəbdən də, dəyişikliklərə qarşı həssas olur. Qida məhsulları qruplarının yeni balansı və ya tam taxıl məhsulları, qida lifləri və paxlalı bitkilər kimi mürəkkəb qida məhsullarının rasiona daxil edilməsi qazların həddindən artıq miqdarda yaranmasına səbəb ola bilər.

Icon of wheat and hazelnut as examples of food allergy

Qida allergiyaları

Icon of a cupcake to illustrate the large amount of sugar in our meals

Şəkərin artıq miqdarda olması

Icon of blood glucose measurement for managing diabetes

Diabet

Icon of peas as an example of a vegetable with excessive fiber

Paxlalılar və həddindən artıq lif

 

Köpün digər səbəbləri

Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Orta statistik insan gündə 1-3 pinta həcmində, orta hesabla 14 dəfə qaz xaric edir. Lakin qaz çıxarmanın həcmi və tezliyi insanlar arasında xeyli fərqlənir. Həddindən artıq köpmə və meteorizm müxtəlif səbəblərdən yarana bilər.

Köpmənin və qaz əmələ gəlmənin mexanizmlərini anlamaq çətindir. Orta statistik insanın mədə-bağırsaq traktında istənilən vaxt 100-200 sm3 qaz vardır. Qazın həcmi, məsələn, havanın udulması və qazlı içkilərin qəbulu zamanı artır. Adətən, bu qazlar qan dövranına sorulur və biz nəfəs verməklə onları xaric edirik. Yaxud da, sadəcə olaraq anus vasitəsilə orqanizmdən çıxarırıq. Bu sistem pozulduqda, artıq miqdarda olan qazlar kiçik qabarcıqlar halında mədə-bağırsaq sistemində ləngiyə bilər, nəticədə özümüzü şişkin və köpmüş hiss edə bilərik.

    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand
    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand

    Bir çox qadınlar aybaşı zamanı köpün olması barədə məlumat verirlər. Hormonal balansın pozulması həzm traktının hərəkətini yavaşlada və bununla da, köpməyə səbəb ola bilər.

    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms
    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms

    Aybaşı dövründə yaranan simptomlar kimi, hamiləlik dövründə də köp meydana çıxa bilər.

     

    Pəhriz saxlanılarkən yaranan köp və meteorizm zamanı nələr kömək edir?

    Yenə əvvəlki kimi: Yenicə tamamilə sağlam nahar etmisiniz və mədənizdə həmin təzyiqi hələ də hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:

    Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

    Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın bir dozası meteorizm və ya köp kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirə bilər. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Nə yeməyinizdən asılı olmayaraq, müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər.Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stress mənbəyidir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də gəyirmə və qaz ifrazı zamanı orqanizmdən çıxarılması asanlaşır.

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

    Espumisan® 40 mq Kapsullar

    Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028