Sorry, you need to enable JavaScript to visit this website.

Köp və xəstəliklər

A young man sits at the window seat in a cafe and grips his belly with a pained face - his drink in front of him is empty
A young man sits at the window seat in a cafe and grips his belly with a pained face - his drink in front of him is empty

 

Qastrit nədir?

Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastritin səbəbləri çoxdur və olduqca qəfil başlaya bilər, amma sürətlə keçib gedə də bilər. Qastritin səciyyəvi simptomları döş qəfəsində və qarında ağrı, qan qarışığı ilə qusma və köpdür. Xroniki qastrit uzun müddət diqqətdən kənarda qalarsa, digər sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Enterokolit nədir?

Enterokolit – həzm sisteminizə təsir edən digər bir xəstəlikdir. Qastritdə olduğu kimi, nazik və yoğun bağırsaqların divarları və selikli qişası iltihablaşır, qızdırma, qarın nahiyəsində şişkinlik, ürəkbulanma və həzm problemləri kimi bir sıra simptomlara səbəb olur. Uşaqlarda həzm sistemi kifayət qədər inkişaf etməmişdir və buna görə də onlar bakteriyaların təsirinə daha çox məruz qalırlar. Bunun problemi daha da mürəkkəbləşdirdiyi görünür.

Digər hallarda, böyüklərdə bu problem infeksiyalar səbəbindən və ya zəifləmiş həzm sisteminə digər bakteriyaların hücumu üçün şərait yaradan güclü antibiotiklərə qarşı reaksiya qismində meydana çıxa bilər. Yoğun bağırsaqda olan sağlam, faydalı bakteriyalar da antibiotiklər tərəfindən məhv edilir, nəticədə digər bakteriyaların daxil olması, yayılması və infeksiyaya səbəb olması üçün şərait yaranır.

A young woman sits cross-legged on the sofa with her back bent and her right arm supporting her forehead. She is covered with a blanket
A young woman sits cross-legged on the sofa with her back bent and her right arm supporting her forehead. She is covered with a blanket

 

Qastrit və enterokolit nə vaxt baş verir?

Qastrit advil (ibuprofen) kimi ağrıkəsici dərmanların qəbulu, yaxın keçmişdə mədədə keçirilmiş əməliyyat və ya radioaktiv müalicə səbəbindən yarana bilər. Qastritə səbəb olmasalar da, seliakiya xəstəliyi və qida allergiyası kimi mövcud xəstəliklər qastriti şiddətləndirə bilərlər. Vitamin B12 çatışmazlığı, alkoqol və dərman asılılığı və həddindən artıq stres qastriti kəskinləşdirə bilər.

Enterokolitin geniş yayılmış səbəbi bakterial infeksiyadır. Yaxşı tanınan E. coli bakteriyası bu xəstəliklə əlaqələndirilir. Antibiotiklərin qəbulu həzm sistemini zəiflədə və bağırsaqlardakı sağlam bakteriyaların məhv olmasına səbəb ola, təsirlərə qarşı müdafiə olunmayan həzm sisteminə infeksiyanın daxil olması üçün şərait yarada bilər. Yuxarıda qeyd edildiyi kimi, uşaqlarda zəif inkişaf etmiş immun və həzm sistemi buna səbəb ola bilməsinə baxmayaraq əlavə tədqiqatların aparılması tələb olunur.

 

Həkimə nə zaman müraciət etmək lazımdır?

Enterokolit zamanı həkim KT, MRT və digər təsvir vasitıləri də daxil olmaqla bir sıra müayinələr aparmalıdır. Buna görə də, tibb işçiləri ilə əlaqə saxlamağınız çox vacibdir. Qızdırma, qarın nahiyəsində şişkinlik, ishal, qusma, yorğunluq və ümumi naxoşluq hissi baş verdikdə həkimə müraciət etmək vacibdir. Düz bağırsaqdan qanaxma kimi əlavə simptomlar da mümkündür.

Qastritin diaqnostikası üçün müəyyən növ bakteriyaların mövcudluğunu yoxlamaq və diaqnoz qoymaq məqsədi ilə qan və nəcis analizlərinin yerinə yetirilməsi vacibdir, buna görə də tibbi yardım üçün müraciət etmək zəruridir. Həkim həmçinin rentgen müayinəsini yerinə yetirə, qaraciyər, mədəaltı vəzi, böyrəklər və öd kisəsi kimi bir sıra orqanların fəaliyyətini yoxlaya bilər.

Bu simptomlardan hər hansı birini özünüzdə müşahidə edirsinizsə, dərhal həkimə müraciət etməlisiniz:

Icon of a heartbeat

Ürəkdöyünmənin tezləşməsi

Icon of a child having difficulty with speaking and breathing

Təngnəfəslik

Icon of sweat drops

Tərləmə

Icon of clinical thermometer

Qızdırma və qarın ağrısı

Icon of black or bloody stool  as a possible symptom of a medical condition

Qara rəngli və ya qanlı nəcis

Icon of vomit containing blood as a possible symptom of a medical condition

Qan qarışıq qusma

Icon of a person with dizziness and the feeling of fainting

Başgicəllənmə və bayılma

 

Qastrit və ya enterokolit səbəbindən yaranan köpün qarşısını necə almaq olar?

Qastrit və enterokolit hallarında bir sıra müalicə metodları, hətta cərrahi əməliyyat tələb olunsa da, həzmə kömək etmək və müalicəni dəstəkləmək üçün pəhriz səviyyəsində edə biləcəyiniz bəzi şeylər vardır. Dehidratasiyanın qarşısını almaq üçün bol miqdarda maye qəbul etmək və rehidratasiya olduqca vacibdir. Tərkibində mayenin miqdarı yüksək olan qida məhsulları da elektrolitlər və nutriyentlər baxımından faydalıdırlar. Bağırsaq xəstəliklərindən danışdığımız üçün bağırsağın sağlamlığının gücləndirilməsi də müsbət bir addımdır. Qatıq/yoqurtlar kimi canlı probiotiklər bağırsağın sağlam florasının qorunmasına kömək edə bilər. Mədəni qıcıqlandıran dərmanları qəbul etməmək, siqaret çəkməkdən və alkoqollu içkilərdən imtina etmək mədənizə müsbət təsir edəcəkdir.

 

Köpmə hissinin digər səbəbləri

Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Həddindən artıq köp və meteorizm bir çox müxtəlif amillər səbəbindən yarana bilər.

    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together
    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together

    Qida allergiyaları və bəzi qida növlərinə qarşı dözümsüzlük müəyyən qidaların düzgün həzm edilməməsi səbəbindən köpməyə gətirib çıxara bilər.

    A person, standing in the kitchen, is decorating a cake with berries. On the work surface are several cupcakes
    A person, standing in the kitchen, is decorating a cake with berries. On the work surface are several cupcakes

    Həzm olunmamış qida qazların əmələ gəlməsinə səbəb olduğundan, qida rasionunuzda şəkərin, paxlalı bitkilərin və ya liflərin artıq miqdarda olması problem yarada bilər. Həmçinin yeni ölkələrə səyahətlər zamanı yeni qida məhsullarının qəbul edilməsi də bağırsaqlarda qıcıqlanmanın tez-tez rast gələn səbəblərindəndir.

    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it
    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it

    Stres öz-özlüyündə həzmin pozulmasına səbəb ola bilər. İşdə və ya ailədə gərgin vəziyyət də sizi həddindən artıq tez-tez yeməyə vadar edə bilər. Yemək zamanı havanın udulması köp və meteorizmin tez-tez rast gələn səbəblərindən biridir.

    A young mother presses her crying baby to her chest to soothe it from baby colic
    A young mother presses her crying baby to her chest to soothe it from baby colic

    Ana südü ilə qidalanma zamanı körpələrin həddindən artıq miqdarda hava udmaları geniş yayılmış bir haldır. Bu səbəbdən də, körpələr sancılara səbəb ola bilən köpdən əziyyət çəkirlər.

    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand
    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand

    Bir çox qadınlar aybaşı zamanı köpün olması barədə məlumat verirlər. Hormonal balansın pozulması həzm traktının hərəkətini yavaşlada və bununla da, köpməyə səbəb ola bilər.

    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms
    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms

    Aybaşı dövründə yaranan simptomlar kimi, hamiləlik dövründə də köp meydana çıxa bilər.

     

    Köp və meteorizm zamanı nələr kömək edir?

    Yenə əvvəlki kimi: Yenicə nahar etmisiniz və yenə də mədənizdə həmin doluluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:

    Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

    Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köpə və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

    Espumisan® 40 mq Kapsullar

    Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stress zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028