Həzm prosesi necə baş verir?
Bədənimizdə hər bir hüceyrənin fəaliyyət göstərməsi üçün qida maddələri tələb olunur. Həzm – qidanın mədə-bağırsaq traktında hərəkət etməsi və qan dövranımıza sorula biləcək qədər kiçik molekullara parçalanması prosesidir. Buradan qida maddələri bədənimizin bütün müxtəlif hüceyrələrinə ötürülür.
Həzm prosesi bizim qidanı çeynəməyimizlə başlayır. Ağız suyunun tərkibində olan və "fermentlər" adlandırılan faydalı maddələr artıq qidanın ilk komponentlərini parçalamağa başlayır. Qida udulduqdan sonra, mədəyə və daha sonra nazik və yoğun bağırsaqlara nəql olunur. Bu nahiyələrdə sorula bilən bütün faydalı qida maddələri bütün bədən hüceyrələrimiz tərəfindən istifadə üçün götürülür, qalan maddələri isə orqanizm nəcis şəklində ifraz edir.
İnsanın həzm sistemi həssas olduğu qədər də qəribədir. Müasir həyat tərzi həzm prosesinin tarazlığı üçün bir çox təhlükələr yaradır. Fast-fud, stres, kifayət qədər fiziki fəallığın olmaması və hətta hormonal balansın pozulması ilə xarakterizə olunan təlaşlı şəhər həyat tərzi həzm problemlərinə səbəb olur.
Ən çox rast gələn mədə-bağırsaq simptomlarından biri meteorizmlə müşahidə olunan köpdür. Lakin bu problem çox zaman utandırıcı səbəbindən gizli saxlanılır və ya ona fikir verilmir, çünki pasiyentlər və həkimlər bunu real problem kimi qiymətləndirmirlər. Halbuki, əslində bir çox insan köp və meteorizm səbəbindən ağrı və sosial narahatlıqdan əziyyət çəkir.
Həzm problemlərinin simptomları
Əgər gününüzü ayaqyoluna gedişlər ətrafında planlaşdırmaq istədiyinizi hiss edirsinizsə və ya xoşagəlməz vəziyyətə düşmək qorxusundan ictimai tədbirlərə dəvətlərdən imtina edirsinizsə: siz tək deyilsiniz. Həzm problemləri müxtəlif yollarla ortaya çıxa bilər:
Qarın ağrısı
Bir çox həzm problemləri özlərini qarın ağrısı ilə büruzə verirlər. Bunlara sancılar, küt ağrı və köpmə hissi aiddir.
İshal
İshal – başlıca olaraq, bağırsağın işində nəcis ifrazının tezliyinin və həcminin və ya nəcisin duruluğunun artmasına gətirib çıxaran hər hansı dəyişiklikdir. Bağırsaqlarda mayenin sorulmasının azalması və ya maye ifrazının artması nəcisin konsistensiyasının daha duru olmasına səbəb olur. Kəskin ishal, adətən, 2-3 həftədən az davam edir və çox zaman onun yaranmasına bakteriyalar səbəb olur.
Reflüks və qıcqırma
Bəzən mədə turşusu boğaza doğru geri qayıda bilər ki, bu da ağızda turş dadın qalmasına səbəb ola bilər. Bəzən bu proses bədənin yuxarı hissəsində və ürək nahiyəsində yanma hissi şəklində də özünü büruzə verə bilər.
Qazlar və köp
Statistika göstərir ki, ümumi əhalinin 30%-i köpdən əziyyət çəkir. Bu vəziyyət qarın nahiyəsində toxluq hissi ilə müşayiət olunur. Mədə-bağırsaq traktında qazların yaranması, adətən, bakteriyalar tərəfindən fermentləşdirilən sorulmamış qidanın miqdarından, eləcə də bağırsaq florasının ümumi tərkibindən və paylanmasından asılıdır.

Qarın ağrısı

İshal

Reflüks və qıcqırma

Qazlar və köp
Nə üçün məndə həzmlə bağlı problemlər var?
Həzm problemləri həzmin müxtəlif mərhələlərində yarana bilər. Problemlər həddindən artıq tez-tez yemək səbəbindən havanın udulması ilə başlaya və ya bağırsaqların aşağı şöbələrində qazların həddindən artıq miqdarda əmələ gəlməsi səbəbindən yarana bilər. Xüsusən də, köp zamanı, müəyyən ölçüdə və ya tərkibdə olan yeməklərin qəbulundan sonra müəyyən mədə-bağırsaq pozuntuları daha tez-tez baş verir. Qarında ağrı və köp hissi həmçinin stres, qeyri-düzgün həzm, hormonal balansın pozulması, yemək zamanı havanın udulması və ya bəzi dərmanların qəbulu ilə əlaqəli ola bilər.
Həzm prosesində bakteriyalar qaz əmələ gətirirlər. Əgər bu qazlar, məsələn, seliyin içərisində kiçik qabarcıqlar şəklində yığılıb qalırsa, onların sorulması və ya nəql edilməsi çətinləşir. Bu, dolğunluq və köp hissinin yaranmasına səbəb olur. Köpün aradan qaldırılması üçün qazlar azad olmalı və orqanizmdən çıxarılmalıdır.
Səbəbinin nə olmasından asılı olmayaraq, həzm problemləri olan istənilən şəxs problemlər və potensial çətinliklərlə üzləşir.
Müalicə
Bir çox problemlər, ehtimal ki, müasir həyat tərzi ilə bağlı olduğundan, köp ilə bağlı problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa kömək edə bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və bununla bağlı nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisan tez və etibarlı yüngülləşməni təmin edir. Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın bir dozası meteorizm kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisan, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsul
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.